Bakıdan qaçırdığı avtomobillə Şirvanda tutuldu
Bakı sakini oğurladığı avtomobillə Şirvanda yaxalanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər radələrində paytaxt sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib.
Müraciət aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində - vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib.
Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin paytaxtın Xətai rayon sakini, 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?