AFFA-nın keçmiş prezidentinin oğlu yol qəzasında öldü
AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev avtomobil qəzasında həlak olub.
APA TV-nin xəbərinə görə, hadisə ötən gün gecə saatlarında Sabirabad rayonunun Həşimxanlı kəndində ov zamanı baş verib.
Bakı sakini, 1985-ci il təvəllüdlü Anar Ramiz oğlu Mirzəyev idarə etdiyi “Jeep” markalı minik avtomobilini su kanalına aşırıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər xilas olsa da, sürücü hadisə yerində ölüb. Hadisə yerinə FHN Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Onlar sürücünün cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Anar Mirzəyev və sərnişinləri - Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Elman Rüstəmov və 1990-cı il təvəllüdlü Vüsal Allahverdiyev kəndin çöllük ərazisində ov zamanı ehtiyatsızlıqdan avtomobili kanala aşırıblar. Avtomobildə olan sərnişinlər xəsarət almayıblar.
Anar Mirzəyev bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?