Məmur oğlunun maşınını qaçıranlar qəzaya düşdü: 2 ölü - BƏRDƏDƏ DƏHŞƏT
Bərdədə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
1992-ci il təvəllüdlü Nicat Kamranzadə 90 HS 317 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobili qaçırdığı zaman idarəetməni itirərək ağaca çırpıb. Nəticədə maşında olan sərnişin, 1994-cü il təvəllüdlü Tural Allahverdiyev hadisə yerində ölüb. Sürücü Nicat Kamranzadə xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, qaçırılan maşın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsinin sədrinin oğlu İlham Zeynalova məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:52
477
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
674
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
558
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
492
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
379
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1248