Tutqun hava şəraiti davam edəcək, yağıntılar kəsir
Fevralın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?