Xaçmazın 3 kəndi susuzluqdan əziyyət çəkir
Xaçmazın 3 kəndinin suvarma suyu ilə bağlı problemi var. APA TV-nin şimal bürosunun xəbərinə görə, bu kəndləri təmin edən borunun sıradan çıxması kəndliləri çətin vəziyyətdə qoyub.
Sakinlər yaz öncəsi əkin yerlərinin suvarılması üçün su tapmadıqlarını deyir. Onların sözlərinə görə, hər il bağ və əkin sahələrini xan kanalı və mənbəyini bulaq sularından götürən boru ilə suvarırlar. Amma ötən ilin payız aylarında Qaraçaya gələn sel suyu həmin borunu sıradan çıxarıb: "Su ilə bağlı vəziyyət kritikdir. Suyumuz yoxdur. Hülövlü kəndində gələn su borusu aşağı düşüb, onu düzəltmək lazımdır. Çaydan kanala çəkilən yer var - köhnəbənd. Sonra bir də kanal var, ordan da su çatmır bizə. Ora təmir olunsa, bizə su çatar. Əkinlər suvarılmalıdır. Kəndçinin ruzisi bağından gəlir. Bağlar quruyur. Keçən il də belə oldu. Su pulunu da vaxtında veririk".
Xaçmaz Suvarma Sistemləri İdarəsi isə problemin həllinin müəssisənin səlahiyyətində olmadığını bildirir. Qeyd olunur ki, su borusunun yenilənməsi üçün lazımi vəsaiti kənd sakinləri toplamalıdır. Müraciət olunacağı halda, idarə borunun bərpası üçün lazımi texniki köməyi göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?