Bakının əsas girişində minik maşını "KamAZ"la toqquşdu - ÖLƏNLƏR VAR
Bakıda ağır yol qəzası baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtoqəza Bakının Qaradağ rayonunda qeydə alınıb.
Hadisə zamanı "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan iki nəfər dünyasını dəyişib.
Onların meyiti deformasiyaya uğramış avtomobildə sıxılıb qaldığı üçün əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər minik avtomobilinin sürücüsünü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Yol qəzası ilə bağlı istintaq araşdırmalarına başlanılıb.
OXŞAR XƏBƏRLƏR
18:52
489
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
686
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
573
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
495
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
383
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1250