Ukrayna və Rusiya prezidentləri arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Prezident Administrasiyasından bildirilib.
"Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin sürətləndirilməsi, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə olunub" - deyə, Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.
Ukrayna Prezident Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdaşlarla əlaqələndirilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?