Azərbaycan prezidenti Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb.
Qeyd edilib ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanın paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.
Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
18:52
499
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
705
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
585
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
498
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
386
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1253