Polisin şübhəli bilib saxladığı maşında kabel oğruları ələ keçdi - AĞDAMDA
Ağdamda kabel oğruları tutulub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, onların ifşa edilməsi Ağdam rayon YPX əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində baş tutub.
Ağdam rayon sakini Atapur İsmayıl Məhərrəm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil saxlanılarkən oradan müxtəlif ölçülərdə mis kabel aşkarlanıb. Ağdam polisinin apardığı araşdırmalar zamanı məlum olub ki, İ.Atapur bu işdə Ağcabədi rayon sakini Məmmədbağır Misirovla əlbir imiş. İşi araşdıran müstəntiq Vasif Məmmədovun sözlərinə görə, onlar birlikdə İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quraşdırılmış, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subartezian quyularının elektrik naqillərini kəsərək oğurlayıb:
"Oğurlanan mis kabelin bir qismi saxlanılan şəxslərin həyətindən maddi sübut kimi götürülsə də, bir qisminin Tərtər rayonunda yerləşən əlvan metalların qəbulu sexinə satdıqları müəyyən edilib".
Faktla bağlı araşdırmalar davam edir. Polis saxlanılan şəxslərin digər cinayətlərdə iştirakını da istisna etmir.
OXŞAR XƏBƏRLƏR
18:52
500
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
706
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
586
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
498
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
386
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1253