Bakıda tapança satmaq istəyən keçmiş məhkum tutuldu
Bakıda keçmiş məhkumdan odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə rayon ərazisində Ceyhun adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması və satmaq istəməsi barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kuhi saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində patronlar olan “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı yaşadığı Oğuz rayonunda tapdığını və 500 manata satmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?