Tərtərdə əkin sahəsində mərmi aşkarlandı
Tərtərdə mərmi aşkarlanıb. APA TV-nin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, fevralın 11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonu, Ələsgərli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş partladıcının ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
OXŞAR XƏBƏRLƏR
18:52
514
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
720
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
603
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
501
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
388
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1255