Moskvadan qalxan təyyarə yerə çırpıldı, 71 nəfər öldü - BİRİ AZƏRBAYCANLIDIR
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. APA TV xəbər verir ki, göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan "An-148" təyyarəsi Moskvanın "Domodedovo" aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib.
Məlumata görə, sərnişin təyyarəsinin pilotu dispetçerlərə nasazlığın yarandığını bildirib və Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış. Ancaq Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb. Həmin ərazidən təyyarənin qalıqları tapılıb. Nəticədə 65 sərnişin və 6 ekipaj üzvü arasında sağ qalan olmayıb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 texnikası cəlb olunub. Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bir azərbaycanlı sərnişin də həyatını itirib. Məlumata görə, qəzada ölən iş adamı Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. Ölən üç əcnəbidən digər ikisinin də vətəndaşlığı müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
18:52
514
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
720
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
603
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
501
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
388
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1255