İsrail İrana məxsus PUA-nı vurdu, F-16-nı itirdi - MÜHARİBƏ HƏYƏCANI
İsrail hərbçiləri İrana məxsus PUA-nı vurub. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, PUA Suriya ərazisindən buraxılıb və İsrail sərhədini keçib.
Bundan sonra İsrail Hərbi Hava Qüvvələri hərəkətə keçib və Suriyada İran hərbçilərinə məxsus hədəflərə zərbələr endirib. Aviazərbələrə qarşı Suriya raketdən müdafiə sistemi hərəkətə gətirilib və İsrailə məxsus bir F-16 qırıcısı vurulub. Pilot xilas ola bilib və hospitala yerləşdirilib.
İsrailin Beyt-Şean şəhərində və Hollan yüksəklikləri ətrafında hava həyəcanı siqnalı verilib.
İsrailin "Haartez" nəşri isə ölkənin şimalında - Suriya və İordaniya sərhədlərində bombardman səslərinin aydın eşidildiyini yazıb.
İsrail ordu komandanlığından "Jerusalem Post"a verilən açıqlamada hərbçilərin bundan sonra da ölkənin təhlükəsizliyinə qarşı yönələcək istənilən hərəkətə dərhal cavab veriləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?