TÜRKSOY Azərbaycan sənətçilərini təltif etdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var. O, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət olduğunu deyib: "Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı ildönümüdür. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq".
Sonra türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli TÜRKSOY tərəfindən təltif olunublar.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?