Balakəndə canavar 16 baş qoyunu parçaladı
Balakəndə canavar şəxsi təsərrüfata hücum edib və 16 baş qoyunu parçalayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən səhər tezdən rayonun Katex kəndində Camaldin Qaraisayevin təsərrüfatında baş verib.
Ev sahibinin sözlərinə görə, səhər tezdən itlərin səsinə çölə çıxıb və tövləyə girdiyi zaman canavarla üzləşib. Yırtıcı heyvanı qovan Qaraisayev 16 baş qoyununun canavar tərəfindən parçalandığını görüb. Onun dediyinə görə, bu, üzləşdiyi ilk belə hadisə deyil. Son bir il ərzində üçüncü dəfədir onun təsərrüfatına canavar hücum edir. Ümumilikdə ev sahibinin 50 başa yaxın xırdabuynuzlu heyvanını canavarlar tələf edib.
Balakən Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib.
OXŞAR XƏBƏRLƏR
18:52
533
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
738
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
620
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
504
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
390
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1257