Türkiyə Afrində iki şəhid verdi, Suriya ordusu bölgəyə yaxınlaşır
"Zeytun budağı" əməliyyatının 20-ci günündə məhv edilən PYD/YPG terrorçularnın sayı 1028-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri yayıb.
Son əməliyyat günü daha 28 terrorçu zərərsizləşdirilib.
Gecə saatlarında Şeyx Huruz kəndi PYD/YPG-dən azad olunub, döyüşlərdə TSQ 2 şəhid verib, 11 hərbçi yaralanıb.
Zərbə mövqeləri hədəf götürülüb və hərbçilərə təhlükə yaradan nöqtələr susdurulub.
Hazırda Şıltah kəndi uğrunda şiddətli döyüşlər gedir, PYD isə İdlibdəki dünyanın ən böyük - 820 min qaçqının məskunlaşdığı düşərgəni atəşə tutub.
Bundan başqa Rusiya aviasiyasının dəstəyi ilə bölgəyə doğru irəliləyən Əsəd qüvvələri İdlibin 26 kilometrliyində mövqe tutub. Tərəflər arasında baş verə biləcək istənilən toqquşma qaçqın düşərgəsini ciddi təhlükə altında qoyacaq.

OXŞAR XƏBƏRLƏR
18:52
547
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
758
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
633
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
504
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
392
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1258