2-ci sinif şagirdi traktorun altında qalaraq öldü - ZAQATALADA DƏHŞƏT
Zaqatalada məktəbdən çıxıb evə gedən şagird traktorun qoşqusunun altında qalaraq ölüb.
APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, qəsəbə sakini 2010-cu il təvəllüdlü Əli Tural oğlu Cavadov sinif yoldaşları ilə birlikdə məktəbdən çıxıb yolda oynaya-oynaya evə gedərkən qəfildən yolla hərəkətdə olan, qəsəbə sakini 1964-cü il təvəllüdlü İdris Əli oğlu Ağaməmmədovun idarə etdiyi qoşqulu MTZ markalı traktora tərəf qaçıb. Bu zaman 8 yaşlı Əli Cavadov traktorun qoşqusunun arxa təkərinin altına düşüb. Traktorun qoşqusu Əlinin başının üstündən keçib. Nəticədə başından ağır xəsarət alan azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?