ABŞ-ın neft ehtiyatları azalmaq üzrədir, qiymətlər bahalaşır
Birjalarda neftin qiyməti bahalaşmaqdadır. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 67,34 dollardan, Qərbi Texas neftinin bir bareli isə 63,80 dollardan satılır. Bu, bir sutka əvvəlki qiymətlərdən 70 sent bahadır.
Qiymətlərin cüzi bahalaşmasına Amerika Neft İnstitutunun açıqladığı hesabat təsir göstərib. Hesabatda ABŞ-ın kommersiya neft ehtiyatlarının ötən həftə ərzində 1,05 milyon barel azaldığı bildirilir. Bu, rəsmi rəqəmlər deyil, konkret metodika əsasında hesablanan proqnoz göstəricidir. Qeyd edək ki, bazar ertəsi dünyanın aparıcı agentliklərində çalışan neft analitikləri ehtiyatların 2,5 milyon barel artacağını proqnozlaşdırmışdı.
Sabah ABŞ Energetika Nazirliyi ehtiyatların səviyyəsinə dair rəsmi hesabatı açıqlayacaq. Əgər azalma ilə bağlı son proqnozlar təsdiqlənsə, neftin qiymətinin 69 dollar həddinədək yüksələcəyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?