Tayvanda güclü zəlzələ: hotel çökdü, itkilər artır
Tayvanın şərqində, Hualyan şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, yeraltı təkanlar 5 km dərinlikdə qeydə alınıb.
Silsilə şəklində olan zəlzələlər nəticəsində 2 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. Onların arasında əcnəbilərin olub-olmadığı hələlik məlum deyil. Yeraltı təkanlar şəhərdə ciddi dağıntılara səbəb olub, "Marshal" otelinin binası da daxil olmaqla azı 5 bina qismən və ya tamamilə uçub. Damı uçmuş oteldən artıq 116 nəfərin təxliyyə edildiyi bildirilir.
Nəqliyyatın hərəkətində, enerji təchizatında problemlər yaranıb, 702 ev işıqsız qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:52
559
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
778
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
643
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
506
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
393
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1258