Neftçalada ev oğrusu yaxalandı - QIZIL APARIB
Neftçalada evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Neftçala şəhər sakini Dünyamalıyev Elşən Musa oğlu polis şöbəsinə evindən qızıl-zinət əşyalarının oğurlanması barədə ərizə ilə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxsin Neftçala şəhərində yerləşən fərdi yaşayış evinin pəncərəsindən evə daxil olan oğrular oradan 3940 manat dəyərində qızıl-zinət əşyaları aparıb. İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu edən şəxs Neftçala şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədov İdrak Əlitürbə oğludur. İdrak Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:52
559
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
778
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
642
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
506
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
393
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1258