Göyçayda canavarlar qoyun sürüsünə hücum etdi
Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Yekəxana kəndində qeydə alınıb.
Canavarlar kəndin kənarındakı qoyun sürüsünə soxularaq sakinlərə məxsus 10 baş qoyunu parçalayıb. Tələf olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb. Xəsarət alan qoyunlara isə baytar həkimlər tərəfindən tibbi yardım göstərilib.
Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
OXŞAR XƏBƏRLƏR
18:52
559
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
778
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
642
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
506
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
393
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1258