Beynəlxalq axtarışda olan azərbaycanlı İraqda öldürüldü
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub.
Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının həyat yoldaşı məlumat verib.
A.Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl Suriyadakı döyüşlərə qatılıb.
İŞİD-in tərkibində vuruşan A.Muradlı bir müddət Rəqqa, daha sonra Mosulda döyüşüb. O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
A.Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR
18:52
575
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
793
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
657
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
509
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
395
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1262