Ərdoğan Vatikanda Roma Papası ilə görüşüb
İtaliyaya rəsmi səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana gedib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, dövlət başçısı Papa Fransisk ilə görüşüb.
Görüşdə Türkiyə-Vatikan əlaqələri, Suriya, İraq və Liviyadakı vəziyyət, Qüdslə bağlı Donald Trampın verdiyi qərar müzakirə edilib.
Xatırladaq ki, bu, Türkiyə prezidenti səviyyəsində Vatikana 59 ildən sonra edilən ilk belə səfərdir. Sonuncu dəfə 1959-cu ildə Cəlal Bayar Vatikanda olub.
Vatikandan sonra Rəcəb Tayyib Ərdoğan Romaya keçərək İtaliya prezidenti və baş naziri ilə bir araya gələcək.
OXŞAR XƏBƏRLƏR
18:52
575
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
793
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
657
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
509
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
395
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1262