22 yaşlı gənc pəhləvan ağzı ilə avtomobilləri dartır - BİLƏSUVARDA
Biləsuvar rayonunda 22 yaşlı gənc pəhləvan qeyri-adi istedadı ilə seçilir. APA TV-nin cənub bürosu xəbər verir ki, Biləsuvar rayonunun Xırmandallı kənd sakini Emin Süleymanov çətinlik çəkmədən ağzı ilə avtomobilləri dartır.
Emin bir müddət gücünü bu sahədə sınayıb və uğurlu alınıb. Uşaq yaşlarından ağır atletikaya maraq göstərən gənc hazırda bu sahə ilə mütəmadi məşğul olur: "16 yaşım vardı, idmana başladım. Həvəsim də vardı eləməyə. Sonra fikirləşdim ki, mən maşın çəkərəm, belə bir güc var məndə. İnamım vardı, onu da elədim. Yəni arzuma çatdım".
Onun sözlərinə görə, gün ərzində 6-7 saatını məhz idmana sərf etməsi onun bacarığını daha da təkmilləşdirib. Hədəfi isə Ginnesin Rekordlar Kitabına düşməkdir: "Arzum odur ki, bundan sonra ağır yük maşınlarını çəkim, ondan da sonra Ginnesin Rekordlar Kitabına adımı yazdırım".
Emin Süleymanovun daha bir arzusu ən uzun məsafəyə təyyarə dartmaqla dünya rekorduna imza atmaqdır. Bunun üçün isə onun peşəkar məşqçiyə ehtiyacı var.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?