Türk ordusu Afrində daha 2 şəhid verdi
Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin bölgəsində 935 terrorçunun məhv edildiyini bildirib.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:52
575
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
793
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
657
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
509
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
395
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1262