Sel sularının dağıtdığı ucqar kəndin körpüsündə işlər tamamlanır
Bir neçə ay əvvəl Lənkəranın Əşlə kəndində Vazaru çayı üzərindəki uçan körpü yenidən qurulur. Kənd sakinlərinin yeganə gediş-gəlişini təmin edən körpü yaxın günlərdə istifadəyə veriləcək.
APA TV-nin cənub bürosu xəbər verir ki, körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan sonra Vazaru çayında suyun artması səbəbindən dağılmışdı. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdi. İş icraçısı Kamal Hüseynovun sözlərinə görə, ən çox əziyyəti isə qonşu kəndə məktəbə gedən uşaqlar çəkirdi:
"Burada 500-ə qədər əhali yaşayır. Həmin kənddə 91 şagird 6 km məsafəni qət edərək məktəbə gedir".
Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı yeni körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Mühəndis-texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb.
"Hava şəraitinin sərt olmasına baxmayaraq, texniki işçilər işi dayandırmadan həyata keçirir. Artıq tamamlama işləri gedir. Bu körpü yaxın günlərdə Əşlə kəndinin sakinlərinə təhvil veriləcək", - iş icraçısı Kamal Hüseynov belə deyir.
Körpünün altında çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarında sıradan çıxmasının qarşısını alacaq. Betonlama işləri yekunlaşandan və üstünə asfalt örtüyü çəkiləndən sonra fevral ayının ilk ongünlüyündə körpünün tam istismara veriləcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
18:52
575
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
793
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
657
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
509
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
395
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1262