Yağıntılar Cəlilabad-Yardımlı yolunu keçilməz etdi - SÜRÜŞMƏ ARTIB
Son günlər Cəlilabad rayonunda sürüşmə zonaları aktivləşib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonaları son yağıntılardan sonra aktivləşməyə başlayıb.
Yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib. Yağıntıların təsirindən asfalt qatı tədricən sıradan çıxıb.
"Yol dağılıb gedir. Elə bil təməli yoxdur yolun. Elə vaxt olur biz maşınla gəlib burada yolda qalırıq. Bir traktor gətirib maşını çəkdiririk", - rayon sakini Mayıl Bədəlov belə deyir.
Sürücülər bunun daha da təhlükəli ola biləcəyindən narahatdır. Buradakı yol yatağının eroziyaya uğraması istənilən vaxt sürüşmənin baş verməsinə şərait yaradır:
"Çoxu qalır, keçə bilmir yollardan. Maşınlarını xarab edirlər, qalırlar yollarda".
Kənd sakinləri deyirlər ki, çökmənin yaranmasına gətirib çıxaran digər səbəblərdən biri ərazidən mütəmadi yük avtomobillərinin də keçməsidir. Sözügedən yolun Xanəgah kəndində isə təpəlik ərazidə olan torpaq layları yola doğru axın edib.
Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolu dağlıq və təpəlik ərazilərdən keçdiyi üçün aktiv sürüşmə sahəsində yerləşir. Hər il payız-qış mövsümündə ərazidəki sürüşmə zonaları aktivləşir.
OXŞAR XƏBƏRLƏR
18:52
575
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
793
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
657
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
509
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
395
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?
12:41
1262