ABŞ-dan Afrin əməliyyatına tam dəstək: "Türkiyənin yanındayıq"
"ABŞ 100 faiz Türkiyənin yanındadır". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatı jurnalistlərə Pentaqon rəhbəri Ceyms Mettis verib.
Müdafiə naziri Türkiyənin Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı davam etdirdiyi "Zeytun budağı" əməliyyatını tam dəstəklədiklərini bildirib.
"Gerçəkləri söyləmək lazımdır. Balansı pozmaq olmaz. Türkiyə bir NATO dövlətidir. İkincisi, Türkiyə öz sərhədləri daxilində terrorla illərdir mübarizə aparan, təhdid olunana müttəfiqimizdir, bunun səbəb isə ABŞ Dövlət Departamentinin "terror təşkilatları siyahısı"na salınan PKK-dır. Onlar məsum türkləri öldürüb. Türkiyənin başladığı əməliyyat onun haqqıdır. İndi də bu ölkənin ərazisinə raket atılır, müttəfiqimizə yönələn təhlükələrdən dolayı onun yanındayıq".
Ceyms Mettis "Zeytun budağı" əməliyyatının İŞİD-ə qarşı yönəlməsi istiqamətində Ankara ilə təmasda olduqlarını deyib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
Tozlu hava şəraiti nə vaxta qədər davam edəcək?