Neft həftəni aşağı qiymətlərlə başa vurdu
Birjalarda həftənin son ticarət sessiyasında "Brent" markalı neft ciddi şəkildə ucuzlaşıb.
APA TV-nin məlumatına görə, ötən gün qiyməti 70 dollara yaxınlaşan "Brent" nefti, 1,40 dollara qədər dəyər itirib. Hazırda bu markadan olan neft 68,60 dollardan satılır. Qərbi Texas nefti isə sutka ərzində bahalaşıb. Dünən səhər seanslarında 64,89 dollardan satılan WTI markası son seansda 65,07 dollardan təklif olunur. İki marka arasında qiymət fərqi getdikcə azalır. Bu, qiymətlərin formalaşmasında ABŞ-dan qaynaqlanan səbəblərin əsas rol oynaması anlamına gəlir.
Son vaxtlar ABŞ-da qaya nefti istehsalı və fəal quyuların sayı artmaqdadır. Hazırkı qiymətlər bu ölkədə istehsalın canlanmasına səbəb olur. "Baker Hughes" konsaltinq şirkəti hasilata cəlb olunan quyuların sayının 6 ədəd artaraq 765-ə çatdığını açıqlayıb.
Çünki qaya neftinin istehsalı qiymətlər ancaq 50 dolların üzərində olanda sərfəli olur. Artıq bir neçə aydır ki, Qərbi Texas nefti 50 dollardan baha satılır. Bunun nəticəsində ABŞ-da gündəlik istehsal 10 milyon bareli keçib. Bu ölkədə istehsalın artması, ehtiyatların ciddi artım göstərməməsi, yaxud azalması, qiymətlərin sürətlə bahalaşmasının qarşısını alır. Bu proses eyni zamanda OPEK-in və bir neçə qeyri-kartel ölkəsinin əldə etdiyi istehsalı azaltmaqla bağlı razılaşmanın təsirlərini yumşaldır.
OXŞAR XƏBƏRLƏR
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq