Pentaqon bəyan etdi: "ABŞ o halda nüvə silahından istifadə edə bilər ki..."
ABŞ nüvə silahından yalnız "fövqəladə hallarda", o cümlədən Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinə qarşı qeyri-nüvə hücumu olarkən istifadə edə bilər.
APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirinin müavini Patrik Şenahan bəyan edib.
"Nüvə doktrinasına əsasən, ABŞ fövqəladə hallarda özünün və müttəfiqlərinin maraqlarını müdafiə etmək üçün nüvə silahlarından istifadə məsələsinə baxa bilər”, - deyə P.Şenahan bildirib.
Onun sözlərinə görə, fövqəladə hallar kimi həmçinin qeyri-nüvə strateji hücumları nəzərdə tutulur.
Fevralın 2-də Pentaqon ABŞ-ın nüvə doktrinasını açıqlayıb. Sənədə əsasən, ABŞ-ın nüvə silahlarının yayılmaması və nüvə silahlarının azaldılmasına sadiq olduğu vurğulanıb. Bundan əlavə, sənəddə Rusiya və Şimali Koreya tərəfindən edilən təhdidlərdən bəhs edilir.
OXŞAR XƏBƏRLƏR
13:57
249
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
594
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
815
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
662
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
513
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
397