"Azəravtoyol"un əməkdaşı faciəli şəkildə öldü
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ağdamda faciəli şəkildə həlak olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yüzbaşılı kəndində baş verib.
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyva kənd sakini, 1969-cu il təvəllüdlü Dadaş Cahiyyəddin oğlu Məmmədov “SHACMAN” markalı yük maşının altında qalıb. Nəticədə Dadaş Məmmədov hadisə yerində həyatını itirib. Hadisənin sürücünün ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:57
251
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
596
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
816
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
662
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
513
Bakıdakı səfirliklə yanaşı, daha 14 ölkədə də eyni addım atılacaq
14:16
397