İranda 29 qadın həbs edildi - BAŞLARINI AÇIBLAR
İranda başını açan 29 qadın həbs edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin qadınlar "Bəyaz çərşənbə" adının verildiyi etiraz kampaniyasına qatılıb.
Tehran polisindən xəbər təsdiqlənib və qadınların müəyyən qüvvələr tərəfindən aldadıldığı və təhrik edildiyi iddia edilib. Həmin qadınlar ədliyyə orqanlarına təhvil verilib.
Xatırladaq ki, İranda qadınların başlarını bağlaması məcburidir, bu qaydanı pozanlar ən yaxşı halda cərimə edilir.
Ötən ilin dekabr ayındakı iğtişaşlar zamanı isə Tehranın polis rəisi Hüseyn Rəhimi sözü gedən məcburiyyətin yumşaldıldığını, başını açmaq istəyən qadınların polis idarəsinə aparılmayacağını bəyan etmişdi
OXŞAR XƏBƏRLƏR
14:57
159
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
299
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
611
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
817
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
664
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
515