PYD Türkiyə ərazisini vurdu: ölən və yaralananlar var
Suriyanın şimalından Türkiyə ərazisi raket zərbələrinə məruz qalıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, atılan 6 raketdən 3-ü Kilis şəhərinə, 3-ü isə Hatayın Reyhanlı qəsəbəsinə düşüb.
Nəticədə 1 Türkiyə vətəndaşı həlak olub, 10 nəfər xəsarət alıb.
Həyatını itirən şəxs Reyhanlı sakinidir, bundan əlavə qəsəbədə 5 nəfər ağır yaralanıb.
Kilisə atılan raketlərdən biri partlamayıb, digər iki zərbə 5 nəfərin xəsarət almasına səbəb olub.
Türkiyənin Suriyanın şimalında start verdiyi "Zeytun budağı" əməliyyatından sonra adı çəkilən bölgələr PYD/YPG tərəfindən 82 dəfə raket atəşinə tutulub. Nəticədə 5 Türkiyə vətəndaşı həyatını itirib, 100-dən çox yaralı var. Bundan əlavə zərbələr Kilis və Reyhanlıda dağıntılara da səbəb olub.
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək