İran ABŞ-ı hədələdi: "Ya Suriyadan çıxın, ya da..."
"ABŞ Suriya ərazisini ya könüllü tərk edəcək, ya da onları oradan əzərək çıxaracağıq". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatı İranın ali dini lideri Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti səsləndirib.
Məşhəd şəhərində "Fələstinə dəstək" adlı konfransda çıxış edən Ə.Ə.Vilayəti bildirib ki, ABŞ-ın Suriyanı parçalamaq arzusu gözündə qalacaq.
"Onlar İraqı bölmək planları necə iflas oldusa, Suriya ilə bağlı istəkləri də alınmayacaq. Fəratın şərqinə yerləşən amerikalılar oradan çıxmalıdır, belə olmasa zorla çıxaracağıq".

Əli Xameneyidən sonra onun müşaviri də İŞİD-in ABŞ-ın tövsiyəsi və dəstəyi ilə Əfqanıstana köçdüyünü bildirib.
"Biz buna da göz yuma bilmərik, belə etsək 900 kilometr sərhəd xəttimiz təhlükə ilə üz-üzə qalacaq" - deyə, o əlavə edib.
Səudiyyə Ərəbistanının Yəməndə varlığını qorumağa çalışmasına da toxunan Ə.Ə. Vilayəti qeyd edib ki, belə davam edərsə həmin ölkə səudiyyəlilər üçün cəhənnəmə çevriləcək.
OXŞAR XƏBƏRLƏR
14:57
159
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
299
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
610
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
817
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
663
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
513