Səlim Müslümov: "Azərbaycanla Türkiyə arasında iş icazəsi ilə bağlı problemlər var"
Azərbaycan və Türkiyə arasında iş icazəsinin verilməsi ilə bağlı kiçik problemlər var. İş icazəsi üçün ödənilən dövlət rüsumunun endirilməsi ilə bağlı müqavilənin hazırlanması üzərində iş gedir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib: "Təssüflər olsun ki, iş icazəsi üçün dövlət rüsümunun aşağı endirilməsi məsələsi iki ölkənin prizmasından baxıla bilmir. Müəyyən digər məsələlər də var. Bu problemlərin həlli istiqamətində iş gedir. Azərbaycan qanunvericiliyinə görə, iş icazəsi üçün dövlət rüsumu 1000 manatdır. Bu məsələ ikinci dövlətlə ikitərəfli müqavilə ilə tənzimlənməlidir. Hazırda Türkiyə ilə bu müqavilə üzərində iş gedir. Bunu biz diplomatik şəkildə ortaya qoymalıyıq".
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilib.
İclasdan əvvəl Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeloğlu arasında görüş olub.
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək