Dünyanın ən uzun kanatı məlum oldu - GEDİŞ 178 DOLLAR
Birləşmiş Ərəb Əmirliyi "Ginnesin rekordlar kitabı"na növbəti dəfə adını yazdırıb. APA TV-nin məlumatına görə, dünyada ən uzun hesab edilən kanat bu ölkənin bitib-tükənməyən əyləncə vasitələrindən daha biridir.
Fevralın 1-də Ras-əl-Xayma əmirliyində iki dağı birləşdirən kanat yolunun açılışı olub. Onun uzunluğu 2,83 km, təxminən 28 futbol stadionu boydadır. Yeni attraksion Cebel Cays dağlarında salınıb və artıq rekordlar kitabına düşüb. Məlumata görə, bundan əvvəlki göstərici Puerto Rikoda yerləşən və 2,2 km uzunluğu olan Toroverdeyə məxsus imiş.
Bildirilir ki, iki xətt üzərində salınmış kanat yolu gün ərzində 200 nəfərə və ya il ərzində 100 min nəfərə xidmət göstərəcək. Kanatla birdəfəlik gedişin qiyməti isə 650 dirhəm (təxminən 178 ABŞ dolları) təşkil edir və bu qiymətə kanatla 2-3 dəqiqəlik səyahət daxildir. Səyahət edəcək adamın çəkisi də təxminən 45-150 kq çəkiləri arasında olması tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR
14:57
159
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
299
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
611
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
817
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
664
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
515