Bakının ən böyük tunelində 2 yük maşını toqquşub
Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. APA TV-nin verdiyi xəbərə görə, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.
1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.
Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.
Yol qəzasının təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:57
159
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
299
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
610
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
817
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
663
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
514