Ödəniş etməyən sərnişin sürücünü təhqir etdi - 175 SAYLI MARŞRUTDA
"BakuBus" MMC-yə məxsus 175 saylı marşrut avtobuslarının birində xoşgəlməz hadisə yaşanıb. APA TV-nin məlumatına görə, insident avtobusun sonuncu, yəni Səməd Vurğun bağı yaxınlığındakı dayanacağında baş verib.
Kişi sərnişinlərdən biri qaydaları pozaraq ödəniş etmədən avtobusa daxil olub və sürücü səsucaldanla sərnişinə xəbərdarlıq edib. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə və digər sərnişinlərə də məhəl qoymadan kifayət qədər yaşı olan sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə doğru gedib. Ətrafadakı sərnişinlər müdaxilə etdikdən sonra sərnişin yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir.
Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunub və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edib.
OXŞAR XƏBƏRLƏR
14:57
192
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
321
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
629
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
821
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
669
İlk dəfə keçiriləcək çempionata Azərbaycan ev sahibliyi edəcək
14:19
520