Ağdamda maşın ağaclara çırpıldı: 4 yaralı
Ağdamda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.
Sürücünün idarəetməni itirməsi səbəbindən “VAZ-2106” markalı 02 BJ 561 qeydiyyat nömrə nişanlı avtomobil yol kənarındakı meşə zolağında ağaclara çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza nəticəsində Ağdam rayonunun Mərzili kənd sakinləri - sürücü İsgəndər Abbasov, avtomobildə olan sərnişinlər Qənirə Abbasova, Suqurə Şərifova və 4 yaşlı Nigar Səmədli xəsarət alıb. Yaralılar təcili-tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...