Salyan polisi bir gündə 4 narkotika alverçisini tutdu
Salyan rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əməliyyat tədbirləri Salyan Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
Birgə əməliyyatın bəhrəsi isə bu cür cinayətlə məşğul olan 4 nəfər rayon sakininin ələ keçməsi olub. Şöbədə Çuxanlı kənd sakini, 1981-ci il təvəllüdlü Kənan Qədirovun üzərinə baxış keçirilib və ondan 6 ədəd kibrit qutusunda və 2 ədəd sellofan bükümdə ümumi çəkisi 48,28 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin rayon sakinləri, 1967-ci il təvəllüdlü Elain Səmədovdan 5,382 qram, 1967-ci il təvəllüdlü İqbal Hüseynovdan 8,042 qram tiryək və 1987-ci il təvəllüdlü Nurlan Quliyevdən 9,15 qram qurudulmuş marixuana aşkar edilib.
Faktlarla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:51
209
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
242
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
373
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
640
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
17:05
830
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...
15:33
678