Azərbaycan prezidenti Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulanıB, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olunub, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirilib.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulanıb və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...