Dəmir Yolu Vağzalında saxlanılan şəxsdən külli miqdarda heroin götürüldü - KEÇMİŞ MƏHKUMDUR
Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Azər Bayramov Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
NBPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin rəisi Nəsib Əliyev bildirib ki, həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması məlum olub. Həmin şəxs narkotik vasitə aludəçisidir, heroini satmaq niyyəti ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...