Afrin yolu açıldı: ŞƏHƏR DÖYÜŞLƏRİ BAŞLAYA BİLƏR
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) və Azad Suriya Ordusunun (ASO) başladığı "Zeytun budağı" əməliyyatının onuncu günündə Afrin qəsəbəsinə yol açılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgədə strateji əhəmiyyətə malik Burseya dağı PYD/YPG terrorçularından təmizlənib. Hərbçilər strateji yüksəkliyə Türkiyə bayrağını sancıb. Növbədə Raco, Cinderes və Şeyx Hadid olmaqla digər dağlıq bölgələr var. Raco artıq mühasirəyə alınıb, döyüşlər gedir. Türkiyə qırıcıları ötən gün Raco və Cinderesdə yerləşən terrorçuların mövqelərini bombalayıb. Qeyd olunan ərazilərin azad olunması ilə PYD/YPG-nin Türkiyə sərhədində işğal etdiyi bütün torpaqlar əlindən çıxmış olacaq.
Gün ərzində ilk şəhər döyüşlərinin başlayacağı güman olunur. Burseya dağından Afrin və ətrafındakı PYD/YPG mövqeləri rahatlıqla görünür.
Bu arada Afrindən PYD/YPG-nin atdığı iki raket Türkiyənin Reyhanlı qəsəbəsində boş əraziyə düşdüyündən itki olmayıb. Bir neçə evə zərər dəyib.
Bundan başqa terrorçular Hələb ərazisinə keçməyə cəhd göstərib. Onlardan bir qrupu Mare qəsəbəsinə keçmək istəyib. ASO döyüşçüləri ilə döyüşdə 4 terrorçu öldürülüb, 17 terrorçu yaralanıb. Cəhdin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
Azərbaycanın İstanbuldakı baş konsulu dəyişdi
Bakını bürüyən tozlu hava ilə bağlı rəsmi açıqlama – Səbəb bu imiş...