Afrində 73 terrorçu məhv edildi - BİR GÜNDƏ
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində son gün ərzində PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.
Açıqlamaya əsasən, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
OXŞAR XƏBƏRLƏR
18:48
103
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
114
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
282
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
269
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
388
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
642