Paytaxtda "KamAZ" aşdı - SÜRÜCÜ YARALIDIR
Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Nobel prospektində qeydə alınıb.
1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu "KamAZ" markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb.
Hadisə nəticəsində sürücü xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, yük maşınının aşmasına başqa bir minik avtomobili səbəb olub. Həmin avtomobil qumla yüklü olan "KamAZ"ın qarşısında sağa-sola manevrlər etdiyindən R.İsgəndərov idarəetməni itirib və yük maşını daş bardürə dəyərək aşıb.
Hazırda polis yol qəzasının təfərrüatlarını araşdırır.
OXŞAR XƏBƏRLƏR
18:48
110
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
120
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
288
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
271
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
388
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
644