Cəlilabadda "Kalaşnikov" gəzdirən şəxs tutuldu
Cəlilabadda üzərində qanunsuz silah gəzdirən şəxs saxlanılıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, həmin şəxsin şübhəli davranışları diqqət cəlb etdiyi üçün əməliyyat yolu ilə saxlanılaraq polis orqanına gətirilib.
Məlumata əsasən, rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədov həmin vaxt yaşadığı kənddən rayon mərkəzi istiqamətində gedirmiş. Şöbədə onun üzərinə baxış keçirilərkən gödəkçəsinin altında gizlətdiyi bir ədəd “Kalaşnikov” avtomatı və 25 ədəd patron aşkar olunaraq maddi sübüt kimi götürülüb.
Şöbənin müstəntiqi İlqar Nəzərovun sözlərinə görə, R.Məmmədovdan markotik vasitə də götürülüb: "Əynində olan şalvarın sağ yan cibindən sellofan torbada bir bükümdə narkotik vasitə olan heroin və əynində olan gödəkçənin altında gizlətdiyi bir ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülmüşdür".
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.
OXŞAR XƏBƏRLƏR
18:48
104
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
114
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
283
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
269
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
388
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
642