Münaqişə Azərbaycanın xeyrinə həll olunsa, ermənilər nə edəcək? - ERMƏNİSTANDA SORĞU
Ermənistan əhalisi arasında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ictimai sorğu keçirilib.
APA TV-nin "Panarmenian"a istinadən məlumatına görə, Qafqaz İnstitutu tərəfindən keçirilən sorğuda rəyi soruşulanların 38,7 faizi Ermənistan üçün qəbuledilməz həll variantı olacağı təqdirdə, heç bir addım atmayacağını, 27,3 faiz respondent isə dinc nümayişlərdə iştirak edəcəyini bildirib.
Hesabatda qeyd olunur ki, əhalinin 16,2 faizi buna sosial şəbəkələr vasitəsilə etiraz edəcəyini deyib, 7 faiz vətəndaş hələ öz qərarını verməyib. Cəmi 8,6 faiz respondent toqquşmalarla müşayiət olunan nümayişlərdə iştirak edəcəyini söyləyib.
2015-ci ildə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində keçirilən sorğuda orada məskunlaşdırılan əhalinin 63,7 faizi bölgənin Ermənistanın tərkibinə daxil edilməsini istəyib. 2016-cı ildə aprel döyüşlərindən sonra bu rəqəm xeyli aşağı düşüb.
OXŞAR XƏBƏRLƏR
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?