Cəlilabad sakinlərindən 9 kq-a yaxın narkotik götürüldü
Biləsuvarda 9 kq-a yaxın tiryək qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarışları nəticəsində əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.
Saxlanılan şəxslər Cəlilabad rayon sakinləri, “Baris” ləqəbli 39 yaşlı Zaur Məmmədov və Nurid Əhədov olub. Müstəntiq Elşən Mustafayevin sözlərinə görə, Nurid Əhədovun avtomobilindən Zaur Məmmədova məxsus, çəkisi 8 kiloqram 520 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, Zaur Məmmədova həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı, hələlik adı istintaqa məlum olmayan tanışı göndərib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
175
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
176
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
322
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
273
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
394
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
645