Zabrat qəsəbəsində 40 yaşlı kişini avtomobillə vuran sürücü qaçıb
Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub. APA TV-nin xəbərinə görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Bakı şəhər sakini Zərbəliyev Bəhruz Mayıl oğlu adıçəkilən ərazidə yolu keçmək istəyən zaman sürətlə gələn avtomobilin zərbəsi ilə üzləşib. Avtomobilin sürücüsü isə ərazidən qaçıb.
Müəyyən xəsarətlər alan B.Zərbəliyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və müvafiq tibbi yardımlardan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Yol qəzası ilə bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:48
231
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
231
Dənizdə “ölüm dalğası”: Bir anlıq səhv faciə ilə nəticələnə bilər...
16:51
353
Azərbaycan XİN: Səslənən fikirlər REALLIĞIN TƏHRİF OLUNMASIDIR
14:57
278
“Azərbaycan dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir”
13:57
401
Putin İlham Əliyevə zəng etdi: Liderlər hansı məsələləri müzakirə etdilər?
18:52
649