Xaçmazda 1 ay əvvəl itkin düşən kişinin PARÇALANMIŞ MEYİTİ TAPILIB
Xaçmaz rayonunda 1 ay əvvəl itkin düşən 62 yaşlı kişinin meyiti aşkarlanıb. Heyvanlar tərəfindən parçalanmış meyit çürümüş vəziyyətdə olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, onun meyiti Xudatda meşə massivində tapılıb.
Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan, 1951-ci il təvəllüdlü Sabir Ramazanov noyabrın 10-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğundan əziyyət çəkirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:19
558
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
552
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1246
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1141
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1136
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
431